Sumqayıtda “Azərsu” ASC-nin əməkdaşları növbəti binanın zirzəmisini təmir ediblər. Bu haqda Sumqayıt24 Sumqayıt Sukanal İdarəsinin Facebook səhifəsinə istinadən yazır.
Bu dəfə işlər şəhərin 48-ci məhəlləsində aparılıb. Burada yerləşən ev 5-in 3-cü blokunda kanalizasiya xəttlərinin istismar müddəti bitmişdir. Bu səbəbdən əməkdaşlar bu xəttləri yeniləri ilə əvəz ediblər.