Sumqayıtda bəzi ictimai nəqliyyatlarda ödəniş üçün nəzərdə tutulmüş yeni növ terminallar quraşdırılır.
Beləliklə, 7a və 7 nömrəli marşrut xəttləri ilə hərəkət edən avtobuslarda ödəniş terminalları quraşdırılıb. Yeni terminallar vasitəsiylə gediş haqqını yalnız xüsusi kartlarla deyil, bank kartlarıyla da ödəmək mümkündür. Bunun üçün bank kartı təmassız ödəniş üsulunu (PayWay) dəstəkləməlidir.