Sumqayıt: bəzi küçələrdə səkilərdə pandusların olmaması sakinlərə çətinlik yaradır

Total
0
Shares
Foto Sumqayit24.az
Foto Sumqayit24.az

Sumqayıtın bəzi küçələrində pandusların olmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sumqayıt24-ün müxbiri Üzeyir Hacıbəyov və Koroğlu küçələrin kəsişməsində,həmçinin şəhərin ən uzun küçəsi olan Səməd Vurğun küçəsində sakinlərdən bu barədə məlumat alıb.

“Sağlam insan səkiyə çıxmaqda heç bir problem yaşamır. O, hətta səkinin hündürlüyünə belə fikir vermir. Lakin sağlamlıq imkanları məhdud olan şəxslər, uşaq arabası sürən valideyinlər və yaşlı insanlar üçün pandusların yoxluğu müəyyən çətinliklər yaradır. Uşaq arabasını səkiyə qaldırmaq üçün kömək lazım olur”- sakinlərin biri müxbirimizə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir