Bu gün, 8 noyabr tarixində şəhidimizin, baş gizir Mehrab Niftəliyevin anım günüdür. O, Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda dəfn olunub.
Mehrab, “Vətən müharibəsi” zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Niftəliyev döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin o, “Vətən uğrunda”, “Cəbrayılın, Füzulinin və Şüşanın azad olunmasına görə” medalları ilə təltif edildib.
Şəhidimiz ailəli idi və 3 övladı yadigar qaldı.