Sumqayıt: Bakı küçəsində qəza baş verib

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda axşam saatlarında 3-cü mikrorayonda (təcili yardıma yaxın ərazidə) qəza baş verib. Bu haqda Sumqayıt24-də bu gün, 24 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Burada “BMW” və “VAZ 21099” markalı avtomobilləri toqquşub. Əraziyə cəlb olunan polis əməkdaşlarının köməyi ilə deformasiyaya uğrayan “VAZ 21099” markalı avtomobil yolun kənarına çəkilib.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Sumqayıtda ötən gecə daha iki yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24