Sumqayıt-Bakı qatarının hərəkətində gecikmələr olur

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Son günlər Sumqayıt-Bakı qatarının cədvəldə qeyd olunan vaxtdan gec gəlməsi ilə bağlı Sumqayıt24-ün saytına daxil olan çox sayda şikayətlərə əsasən yazırıq.

Daxil olan məlumata görə, Sumqayıtdan Bakıya və əks istiqamətdə gedən qatarlar bilinməyən səbəblərdən 15-20 dəqiqə gecikirlər. Bu səbəbdən də sonradan gələn qatarlarda sərnişin sıxlıqı olur.

Həmçinin, dərsə və işə gedən sakinlər bu problemə görə gecikirlər.

Bundan əvvəl, Sumqayıt-Bakı qatarında yaranan digər problem haqda xəbər vermişdik.