Sumqayıt-Bakı qatarında yenidən problem yaşanıb. Bu barədə bu gün, 8 oktyabr səhər saatlarında məlum olub.
Səhər saat 07:45-də Sumqayıtdan yola düşməli olan qatarda nasazlıq baş verib. Yaranan problem nəticəsində 6006 nömrəli qatar yola düşməyib. Sərnişinlər qatarlardan düşürülüb və saat 08:00-da onlar hərəkət edəcək qatara mindirilib. Qeyd edək ki, bu səbəbdən qatarda sərnişin sıxlığı müşahidə olunub.