Sumqayıt-Bakı qatarında sərnişin sıxlığı günü-gündən çoxalır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Vətəndaşlar Sumqayıt-Xırdalan-Bakı və Sumqayıt-Pirşağı-Bakı qatarlarında son günlər olan sərnişin sıxlığından narazıdırlar.

ApaTv-yə istinadən xəbər veririk ki, karantin dövründə qatarlarda vaqon sayı azaldılmışdır, lakin məktəb və universitetlər açılandan sonra da vaqonların sayı artırılmadı. Bu səbəbdbəndə sutkanın pik saatlarında sıxlıq yaranır. Sərnişinlərin əksəriyyəti oturmağa yer olmadığından bu uzun yolda ayaq üstə qalmalı olurlar.

Sözügedən məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən açıqlama verildi. Bildirilib ki, xüsusi qruplar tərəfindən müşahidə aparılır. Hal-hazırda qatarların hərəkət qrafikinin optimallaşdırılması üzərində iş aparılır və müşahidə olunan sıxlığının aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qurumdan əlavə olunub ki, gələcəkdə qatar sayının artırılması planlaşdırılır.

Daha əvvəl, həmin qatarların cədvəldə qeyd olunan vaxtdan gec gəlmələri haqda yazmışdıq.