Sumqayıt-Bakı yolunun üzərində “Yaşıl marafon” layihəsi çərçivəsində yaşıllaşdırma işləri aparılacaq və burada müxtəlif ağaclar əkiləcək. Bu haqda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, bugünədək ölkə üzrə Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib. Payız-qış mövsümündə isə daha 800 min ağac əkiləcək.
Qeyd edək ki, Azərbaycanda payız əkin mövsümünə 20 oktyabr tarixində start verilib.