Sumqayıtda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın baş verib. Bu barədə Fövqəladə hallar Nazirliyin (FHN) səhifəsində məlumat paylaşılıb.
Ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Yüksək temperaturdan 7 kv.m ölçüdə tavan və 1 ədəd plastik qapı əriyib. Yanğınsöndürənlər 15 nəfəri təhlükəsiz əraziyə uzaqlaşdırıblar.
Həmçinin, axşam saatlarında Novxanıda istirahət mərkəzində ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.
Hər iki yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.