Sumqayıt: binaların fasadları yenilənir və girişləri təmir olunur

Total
0
Shares
Foto Sumqayit24.az
Foto Sumqayit24.az

Sumqayıtda əksər mikrorayon və məhəllələrdə yaşayış binalarının fasadları yenilənir. Bu barədə Sumqayıt24-ün müxbiri məlumat verib.

Beləliklə, abadlıq işləri şəhərin 4-cü mikrorayonunda, 5, 20, 21, 26, 40, 47, 48 məhəllələrində görülür. Binaların fasadları boyanır, girişləri təmir olunur. Yaxın günlərdə işlər 10-cu və 17-ci mikrorayonlarda da aparılacaq.

Daha öncə, Sumqayıtın əksər küçə və prospektlərində asfalt örtüyü və səkilər yenilənmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir