Sumqayıt: bir həftə əvvəl aşmış elektrik dirəyi sakinlərin hərəkətinə maneə yaradır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 4-cü mikrorayon ərazisində bir həftə bundan əvvəl aşan elektrik dirəyi insanların yolunu kəsib. Bu haqda yaxınıqda olan binaların sakinləri Sumqayıt24-ə bildirib.

Bizə verilən məlumata görə, dirəyin üstünə düşən ağac artıq yığışdırılıb, lakin dirək özü hələ də səkinin üzərində qalıb. Sakinlər buradan keçmək üçün onun üzərindən hoppanmalıdırlar. Uşaq arabası ilə olan və ya xəstə, yaşlı vətəndaşlar isə məcbur olaraq binanın əks tərəfindən keçməli olurlar.