Sumqayıt: bir sinifdə 41 şagirdin oxuması valideyinlərin narazılığına səbəb olub

Total
0
Shares
Foto 21 nömrəli məktəbin Facebook səhifəsindən
Foto 21 nömrəli məktəbin Facebook səhifəsindən

Sumqayıt şəhəri 21 saylı məktəbin 5-ci sinif şagirdilərinin valideyinləri bir sinifdə 41 şagirdin təhsil almasından narazıdırlar. Onlar, bu problemin işıqlandırılması üçün Sumqayıt24-də müraciət ediblər.

12-ci mikrorayonda yerləşən məktəbdə pandemiyadan öncə 2 rus bölməsi mövcud idi. Bir bölümdə 21, digərində isə 20 şagird təhsil alırdı. Distant təhsilə keçdikdən sonra həmin siniflər birləşdirilib və bir sinif yaradıldı. Lakin əyani təhsil başlayandan sonra bu məsələ həllini tapmadı və hal-hazırda həmin sinifdə 41 şagirdə dərs deyilir.

Hazırda valideyinlərin istəyi odur ki, məktəb rəhbərliyi sinifləri pandemiyadan öncəki vəziyyətə qaytarsın. Onlar Təhsil Nazirliyinə göndərdikləri məktuba cavab verilməsini gözləyirlər. Valideyinlərin sözlərinə görə, 13 oktyabr tarixində adiyatı qurum məktubu cavablandıracaq.