Sumqayıt: bu gün Elgün Abbaslının şəhid olmasından bir il ötür

Total
0
Shares
Foto memorial.az
Foto memorial.az

Bu gün, 10 noyabr tarixində MAHHXHQ əsgər Elgün Abbaslının şəhid olmasından bir il ötür.

Şuşa istiqamətində gedən döyüşlərdə Elgün Abbaslının içində olduğu maşın ermənilər tərəfindən atəşə tutulub. O, yaralanmağına baxmayaraq, şəhid olmuş komandirinin nəşini ərazidən çıxararkən özü də şəhid oldu.

Abbaslı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Elgün Abbaslı 16 may, 1991-ci ildə Laçın rayonunda anadan olub. 1992-ci ildə Laçın işğal olduqda ailəsi Sumqayıt şəhərinə gəlmiş, Sarıqaya qəsəbəsində məskunlaşmışdır. 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş (MAHHXQ), hərbi xidmətini Pirəkəşküldə yerləşən hərbi hissədə davam etdirmişdir.

O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, bir qız övladı var.