Bu gün, 6 noyabr tarixində Sumqayıtda şəhid Asiman Allahverdiyev Niyaz oğlunun il mərasimi keçirilib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Mərasimdə şəhidin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Tədbirdə şəhidin ailəsi, yaxınları , İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Tahir Mirkişili, general-mayor Natiq Qarayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allahverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallar ilə təltif edilib.