Sumqayıt: bu gün şəhid Murad Məmmədovun doğum günüdür

Total
0
Shares
Foto memorial-az
Foto memorial-az

Bu gün, 7 dekabr tarixində şəhid-hərbi vəzifəli əsgər Murad Məmmədovun doğum günüdür. O, 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

Şəhidimiz ibtidai siniflərini 23 nömrəli məktəbdə, 10-cu sinifə qədər Təbiət Elmləri Təmayüllü Gimnaziyada oxuyub, 11-ci sinifi isə 22 nömrəli məktəbdə başa vurub. Cüdo ilə həvəslə məşğul olan Murad Texniki Universitetdə Ali təhsilini almışdır.

“Vətən müharibəsi”nə könüllü olaraq qatılan qəhrəman şəhidimiz bir çox bölgədə döyüşüb və 25 oktyabr tarixində, Qubadlının azad olunan günü şəhadətə qovuşmuşdur. Murad Məmmədov ölümündən sonra “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına” görə medalları ilə də təltif olunub.