Bu həftəsonu Sumqayıt Dövlət Dram Teatrının (SDDT) səhnəsində Xalq artisti Firudin Məhərrəmovun səhnələşdirdiyi iki əsər tamaşaçılara təqdim olunacaq. Bu barədə bu gün, 27 oktyabr tarixində SDDT məlumat yayıb.
30 oktyabr tarixində səhnələşdiriləcək Elçinin “Qatil” tamaşasında Əməkdar artistlər Növrəstə Həşimova, Xatirə Süleymanova və aktyor Oktay Mehtiyev, 31 oktyabr tarixində isə göstəriləcək C.Qolsuorsinin “Birincilər və sonuncular” əsərində Əməkdar artistlər Rauf Ağakişiyev, Sədaqət Nuriyeva, aktyorlar Oktay Mehtiyev, Vəfa Qurbanova, Fuad Kazımov, Yalçın Səlimov və Rövşad İlyasov rol alacaqlar.