Sumqayıt bulvarında bəzi problemlər uzun müddətdir ki həll olunmur

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərinin bulvarında bir neçə problem uzun müddətdir ki, həll olunmur. Bu haqda şəhər sakinləri Sumqayıt24-də məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bulvarın girişində yerləşən fontan neçə vaxtdır təmir olunmur. Burada fontanın mərmər örtüyü dağılmış vəziyyətdədir.

Digər bir problem isə bulvarın yanında yerləşən dayanacaqda qoruyucu şüşələrin olmamasıdır. Həmçinin burada mövcud olan kanalizasiya lyukunun qapağı yoxdur. Lyukun ağzı dəmir barmaqlıqla örtülüb.

“Dayanacaqlar bulvar salınanda qoyulub. Lakin vəziyyəti göz qabağındadır. Şüşələr sınıb, lyukun isə qapağı yoxdur. Qoyulan barmaqlıqlar isə o boydadır ki, körpənin ayağı düşə bilər. Şəhərə gələn qonaqlar bulvara düşür, bu mənzərə isə heç xoş təəssürat yaratmır”, – sakin bildirib.