Sumqayıtda dənizin nəzarətsiz ərazisində azyaşlı batıb. Bu barədə 26 avqust tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) bilidirib.
25 avqust axşam saatlarında 10 yaşlı Hüseyn Qələndərli yaxın qohumu ilə dənizə gəlib və bir müddətdən sonra gözdən itmişdir. Axtarış nəticəsində Hüseyninin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. O, 13-cü mikrorayon sakini, IV sinif şagirdi idi.