Sumqayıtda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat paylaşılıb.
Belə ki, yanğın dördmərtəbəli binanın 3-cü mərtəbəsində, 50 kv.m sahəsi olan mənzilin mətbəxində qeydə alınıb. Nəticədə mətbəxdə yerləşən 1 ədəd qaz sobası və 1 p.m mebel yanıb, həmçinin yüksək temperatur səbəbindən lambirindən ibarət tavan əriyib.
Hadisə yerinə cəlb olunan FHN əməkdaşları alovu söndürüblər və mənzilin qalan hissəsi yanğından mühafizə olunub.