Sumqayıt Dövlət Dram Teatrının 53-cü mövsümünün açılışı olacaq. Mövsüm gənc yazıçı Ülviyyə Heydərovanın iki monotamaşası ilə başlayacaq. Bu haqda Sumqayıt Dövlət Dram Teatrının rəsmi səhifəsində məlumat paylaşılıb.
Həftəsonu 16 oktyabr ilk olaraq rejissor Firudin Məhərrəmovun “Uşaqlıq” əsəri, daha sonra isə 17 oktyabr tarixində rejissor Ümid Abbasın “Pələng” tamaşası nümayış olunacaq.
Hər iki tamaşa saat 17:00-da baş tutacaq.