Tezliklə Sumqayıt Dövlət Dram Teatrı kiçik tamaşaçılarına Azərbaycan nağılı “Göyçək Fatma” tamaşasını təqdim edəcək. Bu haqda Dram Teatrı bu gün, 20 noyabr tarixində məlumat yayıb.
Teatrın baş rejissoru Firudin Məhərrəmov və teatrın direktoru Mübariz Həmidov tamaşanın ərsəyə gəlməsində əməyi keçən teatr əməkdaşlarını təbrik edərək, maraqlı tamaşa üçün yaradıcı və texniki heyətə öz təşəkkürlərini bildiriblər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevadır.