Sumqayıt Dövlət Dram Teatrının sabiq baş rejissoru dünyasını dəyişdi

Total
0
Shares
Foto ganja.mctgov.az
Foto ganja.mctgov.az

İllər əvvəl Sumqayıt  Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmış Xalq artisti Vaqif Şərifov vəfat edib. Bu barədə Gəncə Regional Mədəniyyət İdarəsi bu gün 5 oktyabr tarixndə məlumat yayıb.

Məlumata əsasən, Prezidentin fərdi təqaüdçüsü olan Şərifov ürəyində yaranan problem ilə əlaqədar Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə çatdırılmışdır. 78 yaşlı Əməkdar incəsənət xadimi bu gün, saat 04:15 dünyasını dəyişib.