Sumqayıt Dövlət Musiqili Teatrınının mümayəndələri “4.4” Qısa Tamaşalar Festivalının (QTF) açılış mərasimində iştirak ediblər

Total
0
Shares
Foto mct.gov.az
Foto mct.gov.az

“Zəfər günü”nə həsr olunmuş “4.4” Qısa Tamaşalar Festivalının (QTF) açılış mərasimində Sumqayıt Dövlət Musiqili Teatrını müəllif Hafiz Ataxanlı və rejissor Firudin Məhərrəmov təmsil ediblər. Bu haqda Mədəniyyət Nazirliyinin saytında məlumat paylaşılıb.

Onlar, Nazirliyin və Teatro.az sənət portalının təşkilatçılığı baş tutan mərasimdə “Missiya” tamaşasını nümayiş etdiriblər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçirilən açılışda paytaxt ilə yanaşı ölkənin 7 şəhərində fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən 22 tamaşa nümayiş olunub.

Həmçinin, festival çərçivəsində bu sahədə tanınmış mütəxəssislərinin iştirakı ilə “Bədən dili” və “Pyes necə yazmalıdır?” mövzularında vörkşop, “Müharibə və teatr” mövzusunda panel-müzakirə keçiriləcək.

Qeyd edək ki, festival 5 noyabradək davam edəcək.