Sumqayıt Dövlət Universitetinin (SDU) “Fizika və elekteroenergetika” fakültəsinin tələbələri universitetin həyətində şəhid tələbə-məzunların xatirəsinə yaradılmış abidəni ziyarət etdilər. Bu barədə SDU rəsmi saytında məlumat yayıb.
Zəfər günü ilə əlaqədar olaraq 539 saylı qrup tələbələri, dekan müavini Könül Hacıyeva ilə birgə şəhid tələbə-məzunların abidəsini ziyarət ediblər, onun önünə gül dəstələri düzüblər və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetinin həyətində Birinci Qarabağ, aprel döyüşlərində və Vətən müharibəsində şəhid olan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün abidə kompleksi yaradılmışdır.