Sumqayıt Dövlət Universiteti və Təhsil Nazirliyinin təşkil etdiyi elmi konfrans baş tutub

Total
0
Shares
Foto sdu.edu.az
Foto sdu.edu.az

Sumqayıt Dövlət Universiteti (SDU) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” IV respublika elmi konfransı keçirilib. Bu haqda SDU-nun rəsmi saytına istinadən yazırıq.

Konfransa universitetin professor – müəllim heyəti ilə yanaşı, respublikamızda fəaliyyət göstərən bir sıra ali məktəb və elmi tədqiqat institutlarının alimləri də qatılıblar.

Daha sonra, burada iştirak edən Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı dosent Rəşad Məstəliyev “Sistemli analiz, modelləşdirmə və idarəetmə” seksiyasında “Bərabərlik və bərabərsizlik tipli funksional məhdudiyyətli, gecikməyə malik stoxastik İto sistemlərində optimallıq şərtləri” mövzusunda məlumatlar verib.

Sonda isə, iştirakçıları maraqlandıran suallara cavab verilib.