Sumqayıt Dövlət Universitetində 2021/2022-ci tədris ilində bakalavr səviyyəsinə qəbul olan şəxslər onlayn formada qeydiyyatdan keçə bilərlər.
Onlayn qeydiyyat üçün tələb olunan sənədlər:
- İş nömrəsi (6 rəqəmli) və FİN kod;
- Attestat və ya diplomun surəti (subbakalavrlar diplomun surəti);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3×4 sm ölçülü fotoşəkilin surəti;
- Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırış vəsiqəsi) surəti;
- Tərcümeyi-halın surəti;
- Ödənişli əsaslarla qəbul olan şəxslər təhsil haqqının ödənilməsi barədə qəbzin surəti ( təhsil haqqı Kapital bank ASC-nin istənilən filialında Sumqayıt Dövlət Universitetinin hesabına, abituriyentin adı, soyadı, ata adı və şəxsiyyət vəsiqəsinin seriyası qeyd olunmaqla ödənilir).
İmtiyazlı abituriyentlər həmçinin aşağıda qeyd olunan sənədləri təqdim etməlidir:
- Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş abituriyentlər:
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
- Valideyn(lər)in ölüm haqqında şəhadətnaməsinin surəti;
- Valideynin əlillik haqqında sənədinin surəti.
- Məcburi köçkün olan abituriyentlər:
- Özünün məcburi köçkün vəsiqəsinin surəti.
- I-ci və II-ci dərəcə əlilliyi olan şəxslər, eləcə də 18 yaşınadək sağlamlıq imkanları məhdud olan abituriyentlərin sənədlərinin surəti.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
- Valideynin əlillik haqqında arayışının surəti.
- Şəhid ailəsinin üzvü olan abituriyentlər:
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
- Valideyninin və ya himayədarının şəhid statusunu təsdiq edən vəsiqəsinin surəti.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər aşağıda göstərilən sənədləri SDU-ya gələn zaman müvafiq fakültələrinə təqdim etməlidir:
- Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
- Attestat və ya diplomun əsli;
- Subbakalavrlar diplomun əsli;
- 4 ədəd 3×4 sm ölçülü fotoşəkil;
- Tibbi arayış;
- Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.
Onlayn qeydiyyat https://portal.edu.az portalı üzrə 7- 20 sentyabr tarixlərində aparılacaq.
Sənəd Qəbulu Komissiyası hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.
Abituriyentlər əlavə məlumat əldə etmək üçün ixtisaslarına uyğun fakültə ilə əlaqə saxlaya bilərlər.
- Tarix və coğrafiya 64 4 85 34
- Mühəndislik 64 4 89 06
- Kimya və biologiya 64 4 70 89
- İqtisadiyyat və İdarəetmə 64 4 85 31
- Filologiya 65 5 36 66; 65 5 27 78
- Riyaziyyat 64 4 85 32
- Fizika və Elektroenergetika 64 4 89 11