15 oktyabr tarixində Sumqayıt Dövlət Universitetində (SDU) “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır” mövzusunda onlayn məşğələ keçirilib. Bu barədə SDU-nun rəsmi saytında məlumat yayılıb.
Universitetin rektoru professor Elxan Hüseynov tədbirdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərin qorunması sahəsində, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, habelə təhsil və təhsil işçilərinə göstərdiyi qayğıdan bəhs edib.
Tədbirdə həmçinin, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Xalidə Həsənova, Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev , Baş hüquqşünas, dosent Əminə Həsənova, Pedaqogika və psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Sevər Mirzəyeva , İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, professor Aqil Hüseynov, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Sədiyyə Rəhimli çıxış ediblər.