Sumqayıt Dövlət Universitetinin heyəti YARAT Müasir İncəsənət Mərkəzində olublar

Total
0
Shares
Foto SDU
Foto SDU

Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti YARAT Müasir İncəsənət Mərkəzində olublar. Bu barədə SDU-nun mətbuat xidməti məlumat yayıb.

YARAT İctimai Birliyinin müəllim-tələbə heyəti üçün YARAT Müasir İncəsənət Mərkəzində keçirdiyi ekskursiyanın əsas məqsədi müəllim və tələbələrin mədəniyyət, incəsənət sahəsində dünyagörüşünün artırılmasıdır. Burada tələbələrə mərkəzin həyata keçirdiyi böyük layihələrdən danışılıb.

Hazırda, Mərkəzdə Rəşad Ələkbərovun “Özünsən!” adlı fərdi sərgisi təqdim olunub. Qeyd edək ki, Ələkbərovun işləri əsasən böyük həcmli, amma qeyri-adi installyasiyalardır.