Sumqayıt Dövlət Universitetinin əməkdaşları beynəlxalq “MasterClass”da iştirak ediblər

Total
0
Shares
Foto sdu.edu.az
Foto sdu.edu.az

Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları reytinqlər və brendinq üzrə “MasterClass”da iştirak ediblər. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin və “Times Higher Education” (THE) beynəlxalq təşkilatının təşkil etdiyi tədbir Bakı Dövlət Universitetində baş tutub.

“MasterClass”da SDU-nin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin metodisti Nərmin Həsənova iştirak ediblər.

Tədbir zamanı “THE” təşkilatının regional direktoru Laçın Təhməzova və təşkilatın Böyük Britaniya ofisindən onlayn şəkildə tədbirə qoşulmuş Fil Beti ilə dünya universitetləri reytinqinin 2022-ci il üçün nəticələrinin təhlili, milli regional trendlər, elmi-tədqiqat sahəsində məhsuldarlıq və əməkdaşlıq, davamlı inkişaf məqsədlərinin mühümlüyü müzakirə olunub. Həmçinin, qlobal brendinq və marketinq mövzusunda təqdimatlar nümayiş etdirilib.