Sumqayıt Dövlət Universitetinin əməkdaşı sertifikata layiq görülüb

Total
0
Shares
Foto sdm.edu.az saytından
Foto sdm.edu.az saytından

Sumqayıt Dövlət Universitetinin (SDU) Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva “Tədqiqat bacarıqları şəbəkəsinin inkişaf etdirilməsi” layihəsində sertifikata layiq görülüb. Bu haqda SDU-nin rəsmi saytında bildirilib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan layihədə Fətullayeva “Mədəniyyətlərarası dialoq və onun etik dəyərlərə təsiri” mövzusunda elmi məqaləsi ilə iştirak etmişdir. Onun işi ekspertlər tərəfindən 95 balla qiymətləndirilmişdir.

ADA universitetinin və ABŞ-ın universitetlərindən qonaq qismində qatılan aparıcı professorların nəzarəti altında keçirilmiş layihədə akademik yazı, tədqiqat metodları və statistik analiz mövzusunda Blackboard Learning System mobil platforması üzərindən ingilis dilində təlimlər keçirilib.

Layihənin əsas məqsədlərindən biri Azərbaycan tədqiqatçılarının öz araşdırma nəticələrini yüksək indeksli jurnallarda dərc olunmasında dəstəyin göstərilməsi idi.