Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi Reyhan Şahbazlı “Polad Həşimov” adına təhsil təqaüdü proqramını qazanan 5 nəfərdən biri olub.
Belə ki, Şahbazlı “Simurq” təhsil fondu tərəfindən təsis olunmuş proqrama əsasən, bir il ərzində aşağıdakı imkanlardan yararlana biləcək:
- Aylıq təhsil təqaüdü;
- Psixoloq dəstəyi;
- Karyera məsləhətçiliyi;
- Peşəkar şəxslər tərəfindən mentor dəstəyi;
- İngilis dili dərsləri;
- Ofis proqramlarının tədrisi;
- Peşəyə uyğun təcrübə proqramı.
Qeyd edək ki, həmin təqaüd “Aprel”, “Tovuz“ döyüşləri və “II Qarabağ müharibəsi”nin şəhid və qazilərin övladları (qardaş və ya bacıları) üçün hazırlanmışdır.