Sumqayıtda Ağa Quliyev küçəsində avtomobil yolunun bir hissəsi çöküb.
Sumqayıt24-ə daxil olan məlumata əsasən, hadisə Sumqayıt Dövlət Universitetinin yaxınlığında qeydə alınıb və 3 gün davam edən leysan xarakterli yağışlar səbəbindən baş verdiyi ehtimal olunur.
Hal-hazırda, yaranan çuxurun ətrafı lentlə bağlanıb və həmin yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.