Sumqayıt: daha 8 narkotacir saxlanılıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda narkotik alveriylə məşğul olan daha 8 nəfər saxlanılıb. Onların arasında adam öldürdüyünə gorə 21 il məhkum olunmuş “Kriti Vüqar” kimi tanınan Vüqar Şirinovda var.

Polisin keçirdiyi əməliyyat zamanı əvvəllər narkotik satışı səbəbindən 10 il məhkumluq həyatı yaşamış Alı Alıyev, həmçinin Qafur Qədimalıyev, Tərlan Balıyev, Xaqani Bayramov, Rəşad Mahmudov, Kənan Gülmalıyev və Faiq Hacıyevin üzərində marixuana, 100 qrama yaxın heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Tutulan şəxslər istintaqa cəlb olunublar. Faktlarla bağlı cinayət işi başlanılıb.

Daha öncə, Sumqayıt şəhərində daha 8 narkotacir saxlanılmışdır. Onlardan 8 kiloqrama yaxın çətənə, heroin və psixotrop maddə olan metadon aşkarlanmışdır.