Sumqayıt: daha bir məktəb direktoru koronavirusdan vəfat edib

Total
0
Shares
Foto Sumqayıt 28 nömrəli məktəbin Facebook saytından
Foto Sumqayıt 28 nömrəli məktəbin Facebook saytından

Sumqayıtda daha bir məktəb direktoru koronavirus səbəbindən həyatını itirib. Bu haqda sosial şəbəkələrdə xəbər yayılıb.

Məlumata görə, şəhərin 28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayev koronavirusdan müalicə alırdı. Lakin müalicəyə baxmayaraq o vəfat edib.

Bundan əvvəl, Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru da həmin səbəbdən dünyasını dəyişmişdi.