Sumqayıtın bir çox küçələrində dayanacaqların az olması sakinləri gileyləndirir.
Digər bir problem isə onlar arasındakı məsafənin kifayət qədər böyük olmasıdır.
Sumqayıt24-ün müxbirinin əldə etdiyi məlumata əsasən, Kimyaçılar qəsəbəsində, Sumqayıt Elektrik Stansiyanın yanında avtobus dayanacağının olmaması səbəbindən həmin stansiyada işləyənlər və burada yaşayan sakinlər avtobusa minmək üçün uzun yol gət etməli olurlar.
Həmçinin, 13-cü mikrorayonda yerləşən 33 ve 34 nömrəli məktəblərin yaxınlığında dayanacağın olmadığına görə məktəbə gedən şagirdlər piyada getməli olurlar. Dayanacaqlardan biri “Green house”un qabağında, digəri isə “Gold qayalı”nın önündə yerləşir.