Sumqayıt elektrik stansiyası təmirdən sonra istifadəyə verilib

Total
0
Shares
Depositphotos
Depositphotos

Reabilitasiya proqramı çərçivəsində Sumqayıt elektrik stansiyası tam təmir olunaraq istifadəyə verilib.

Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Elektrik enerjisinin istehsalında istifadə olunan şərti yanacağın həcmin azaldılması nəticəsində, ildə 10 min ton yanacağa qənaət ediləcək.

Yeni estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə sayılır.