Sumqayıt şəhər Çerkassı küçəsində yeni çəkilmiş asfalt örtüyü yenidən dağıdılır və kanalizasiya qapaqları çıxarılır. Bu haqda məlumat bu gün, 2 noyabr tarixində Sumqayıt24-ə daxil olub.
Həmin küçə boyunca təzəlikcə yol təmir olunan zaman qapaqlar asfaltın altında qalmışdır. Hal-hazırda bu məsələni həlli istiqamətində işlər görülür və qapaqlar yol ilə eyni səviyyəyə çatdırılır.
Bənzər işlər ötən ay, Polad Həşimov küçəsində də aparılmışdır.