Sumqayıtda Çerkassı küçəsində təmir işləri aparılsa da, yolun bir hissəsi hələ də pis vəziyyətdədir. Bu barədə fotomaterialları və məlumatı bizə izləyicilərimiz təqdim edib.
Məlumata görə, dəmir yol vağzalından yaşıl dərəyə tərəf gedən yolda asfalt yarımçıq qoyulub. Nəticədə, yol eninə dağılıb və burada dərin və enli bir çala yaranıb. Taksi sürücüləri və sərnişin avtobusları bu ərazidən keçməmək üçün digər alternativ yollardan istifadə etməli olurlar. Bu səbəbdən sərnişinlər getdikləri yerə tez-tez gecikirlər.
Daha əvvəl, Corat bağları sakinlərini narahat edən yol barədə yazmışdıq.