Sumqayıt: evli qadının pulunu mənimsəyən şəxs saxlanılıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtlı evli qadından pul və qızıl əşyaları mənimsəyən şəxs istintaqa cəlb edilib. Bu barədə APA bu gün, 7 oktyabr tarixində məlumat yayıb.

23 yaşlı Bakı şəhər sakini Elnur Alıyev tanış olan qadına ailə quracağına dair söz verib. Elnur onların gələcəyi üçün ev almalı olduğunu bildirib. Bu səbəbdən xanım ona 12.500 manat pul, daha sonra isə əlavə olaraq 3500 manat dəyərində qızıl əşyalar verib.

Alıyev və xanım razılaşıblar ki, polis əməkdaşlarına pulun və qızılların oğurlanmasını deyəcəklər. Lakin qadın izahat vərərkən, həmin vəsaiti Elnur Alıyevə verdiyini etiraf edib.

Elnur saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.