Sumqayıt: Fövqəladə Hallar Nazirliyi Sumqayıtda bir sıra təhsil müəssisəsində maarifləndirmə tədbirləri keçirib

Total
0
Shares
Foto FHN rəsmi saytından
Foto FHN rəsmi saytından

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtın təhsil müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib. Bu haqda Nazirliyin saytında xəbər paylaşılıb.

Tədbirlər şəhərin İnteqrasiya təlimli internat tipli gimnaziyasında, 10 saylı peşə liseyində və bir sıra orta məktəblərdə baş tutub. Göruş zamanı müəssisələrin rəhbər və işci heyətinə yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrinin iş üslubu, şagirdlərin yanğın zamanı təxliyyə prossesinin aparılma qaydaları izah edilib.

Daha sonra rəhbərliyin diqqətinə çatdırılıb ki, bina və qurğular ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir, həmçinin yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması və yanğına qarşı su təchizatı qurğularının saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.