Sumqayıt: FHN yağışın fəsadlarını aradan qaldırıb

Total
0
Shares
Deposit photo
Deposit photo

Sumqayıtda yağan güclü yağışların yaratdığı fəsadlar aradan qaldırılıb. Bu haqda bu gün, 30 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında xəbər paylaşılıb.

Məlumata əsasən, nazirlik əməkdaşları Sumqayıtda bina girişlərini, fərdi yaşayış evlərinin həyətyanı ərazilərini yığılmış yağış sularından təmizləyiblər. İşlər zamanı xüsusi su nasoslarından istifadə olunub.

Xatırladaq ki, leysanlar nəticəsində şəhərin Nizami küçəsində və yeni açılmış “Bravo” supermarketin arxa tərəfindəki yol keçilməz vəziyyətə düşmüşdür.