“Sumqayıt” FK-un keçmiş oyunçusu karyerasını Polşa klubunda davam etdirəcək.
Belə ki, bir zamanlar “Sumqayıt” FK-nun formasını geyinən 23 yaşlı futbolçu Elvin Dəmirov Polşa təmsilçisi “JKS Yaroslav” komandası ilə müqavilə imzalayıb. Müdafiəçi bir mövsüm ərzində Sumqayıtı təmsil edən klubda çıxış etmişdir.
Hal-hazırda “JKS Yaroslav” Polşanın 4-cü liqasında mübarizə aparır.