“Sumqayıt” FK: iki futbolçumuz millimizin şərəfini qoruyacaqlar

Total
0
Shares
Foto Sumqayıt FK-nun rəsmi Facebook səhifəsindən
Foto Sumqayıt FK-nun rəsmi Facebook səhifəsindən

“Sumqayıt” FK-nun oyunçuları millimizin 2021-ci ildəki son iki görüşündə komandamızın şərəfini qoruyacaqlar. Bu haqda Sumqayıt24 AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində 11 noyabr tarixində Lüksemburqla keçiriləcək oyunda “Sumqayıt” futbolçuları Höccət Haqqverdi və Tellur Mütəllimov də iştirak edəcəklər. Həmçinin, onların 14 noyabrda Qətərlə yoldaşlıq oyununda da iştirak etməsi nəzərdə tutulur.

Qeyd edək ki, millinin hər iki matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.