“Sumqayıt” FK ilə “Neftçi”nin oyunlarının statistikası açıqlandı

Total
0
Shares
Foto Sumqayit FK

“Sumqayıt” FK-nun növbəti rəqibi olan “Neftçi” ilə keçirdiyi qarşılaşmaların statistik göstəriciləri açıqlandı. Bu haqda Sumqayıt təmsilçisi məlumat yayıb.

Statistika da göstərilənə əsasən – komandalar ümumilikdə 36 dəfə qarşılaşıblar. Klubumuz bu matçlardan 12-dən qalib olaraq ayrılıb, 7-də heç-heçə edib, 17 dəfə isə uduzub. Bu görüşlər zamanı, komandamız rəqibin qapısından 43 top keçirib, öz qapısında isə 54 qol görüb.

Qeyd edək ki, komandamızın “Neftçi” ilə keçirdiyi oyunlarda ən məhsuldar futbolçular Amil Yunanov və Rəhim Sadıxovdur (hər ikisi 4 qol vurub), sonra isə Əli Qurbani və Murad Xaçayev (hər ikisi 2 qol vurub) gəlir.

Xatırladaq ki, “Neftçi” ilə oyun 5 dekabr tarixində keçiriləcək.