“Sumqayıt” FK-nun “Zəfər turu”ndakı oyununa biletlər satışa çıxarılıb. Bu haqda klubun rəsmi saytında xəbər yayılıb.
Bu turda şəhərimizi təmsil edən komanda “Qarabağ”la qarşılaşacaq. Azarkeşlər matçın biletlərini “Kapital Bank Arena”nın kassalarından, 2 manata ala bilərlər.
Qeyd edək ki, oyun 7 noyabr saat 19:30-da başlayacaq.