“Sumqayıt” FK önəmli matça çıxacaq

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

“Sumqayıt” FK Premyer liqanın XIV turunda paytaxt təmsilçisini qəbul edəcək. Bu haqda Sumqayıt24 Peşəkar Futbol liqasının saytına istinadən xəbər verir.

Şəhərimizi təmsil edən klub, dekabr ayının 15-i “Kapital bank arena” stadionunda “Keşlə” ilə üz-üzə gələcək. Həmin matçın start fiti saat 19:00-da səslənəcək. Qeyd edək ki, bu oyun hər iki klub üçün olduqca önəmlidir. Səbəb isə, hazırda “Sumqayıt”ın 12 xalla 6-cı, bakılıların isə 11 xalla 7-ci pillədə olmalarıdır.