“Sumqayıt” FK-nın 7 fubolçusu Dünya çempionatının seçmə mərhələsində yarışacaqlar

Total
0
Shares
Foto Sumqayıt FK rəsmi Facebook səhifəsindən
Foto Sumqayıt FK rəsmi Facebook səhifəsindən

“Sumqayıt” futbol komandasının 7 oyunçusu Azərbaycan yığmasının heyətində Dünya çempionatı 2022-nin seçmə mərhələsində meydana çıxacaq. Bu barədə millimizin italyalı baş məşqçisi Canni de Byazi qərar verib.

İlk öncə sumqayıtlı futbolçular 25-27 avqust Bakıda keçiriləcək yoxlama təlim-məşq toplanışında iştirak edəcəklər. Daha sonra isə sentyabrın 1-i Lüksemburqla, 4-ü İrlandiya, 7-si isə Portuqaliya millisi ilə DÇ-nın seçmə mərhələsində yığmamızın heyətində olacaqlar.

Millimizin heyətinə adları daxil olan Sumqayıt klubunun oyunçuları:

  1. Aydın Bayramov (Qapıçı)
  2. Höccət Haqverdi (Müdafiəçi)
  3. Elvin Bədəlov (Müdafiəçi)
  4. Rəhim Sadıxov (Yarımmüdafiəçi)
  5. Murad Xaçayev (Yarımmüdafiəçi)
  6. Vüqar Mustafayev (Yarımmüdafiəçi)
  7. Əli Qurbani ( Hücumçu)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir