“Sumqayıt” FK-nun prezidenti Riad Rəfiyev Azərbaycan Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopeslə görüşüb. Bu barədə “Sumqayıt” FK məlumat yayıb.
Görüşdə həmçinin deputat Müşfiq Məmmədli, Braziliya Federativ Respublikasının Milli Konqresinin Senatının üzvü senator Antonio Anastasiya və Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovda iştirak edib.
Rəfiyev qonaqlara “Sumqayıt” FK, futbol akademiyası və onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin onlara klubun rəsmi oyun formaları təqdim edilib.