“Sumqayıt” FK ilə “Neftçi” komandası arasında keçiriləcək oyunu idarə edəcək hakimlərin adları açıqlanıb. Bu haqda Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər veririk.
Beləliklə, sabah, 5 dekabr tarixində “Bakcell Arena”da baş tutacaq oyunu:
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Ramiz Mustafayev idarə edəcəklər.
Qeyd edək ki oyuna saat 16:00-da start veriləcək.